Transfer çalışmalarını davam etdirən "Kəpəz" xorvatiyalı qapıçı Mario Mustapiç ilə rəsmi müqavilə bağlayıb.

Sport24.az xəbər verir ki, 22 yaşlı qolkiperlə mövsümün sonunadək anlaşma imzalanıb.

Onun son komandası Xorvatiyanın "Rudes" klubu olub. Mustapiç əvvəllər Xorvatiyanın digər klubu "Dubrava"da çıxış edib.