Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun XII turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zirə-2”  komandasının 88 nömrəli oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2).

“Sumqayıt-2” – “Qarabağ-2” oyununda Tibbi Təcili Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” klubu 160 manat cərimə edilsin (maddə 59.4.).

“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşının oyunöncəsi iclasa gecikdiyinə görə “Kəpəz-2” klubu 40 manat cərimə edilsin (maddə 62.2.).

Oyununda Tibbi Təcili Yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” klubu 160 manat cərimə edilsin (maddə 59.4.).

“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyə görə 80 manat cərimə edilsin (maddə 54).

“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).

MOİK – “Mingəçevir” oyununda Tibbi Təcili Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilsin (maddə 59.4.).

“Araz-Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).