Bu gün Misli Premyer Liqasında XVI tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə “Kəpəz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. "Sumqayıt" bu oyunun sonlarında azlıqda qalmasına baxmayaraq, çətin səfərdən qələbə ilə qayıtmağa nail olub. Bu, sözügedən komandanın həm də cari mövsümdəki ilk qələbəsidir.

Turun qapanış matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edib. Üç qolun qeydə alındığı bu matçda isə zirəlilər qalib gəliblər.

Xatırladaq ki, daha öncə “Qarabağ” “Neftçi”yə 4:0, “Qəbələ” “Səbail”ə 2:1 hesabıyla qalib gəlibsə, “Sabah” – “Şamaxı” oyununda qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
XVI tur

4 dekabr

“Kəpəz” - “Sumqayıt” 0:1
Qol: V.Hüseynov, 89.
Qırmızı vərəqə: V.Mustafayev, 84.
Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev.
Gəncə şəhər stadionu, 14:30.

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.

“Zirə” - “Turan Tovuz” 2:1
Qol: F.Paxtmann, 74. K.Bayramov, 85-öz qapısına – A.Quseynov, 86.
Matçın 31-ci dəqiqəsində H.Keyta penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 3. Tərlan Quliyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov,8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.