Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Sabah"la qarşılaşacaq “Kəpəz” hazırlıq prosesini davam etdirir.

Sport24.az xəbər verir ki, "sarı-göylər" Gəncə şəhər stadionunun təbii örtüklü meydançasında gündə bir dəfə məşq edirlər.

Yeni transfer, xorvatiyalı qolkiper Mario Mustapiç də məşqlərdə iştirak edir. 

"Sabah" - "Kəpəz" oyunu oktyabrın 9-da keçiriləcək.