"Kəpəz" yeni mövsümdə ilk transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb.
Tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə 1 illik müqavilə imzalanıb. Portuqaliyalı qolkiper son olaraq İsrailin "İroni Tiberias" klubunda çıxış edib.
"Braqa"nın yetirməsi olan 26 yaşlı çərçivə qoruyucusu 2024-2025-ci illər mövsümündə də" Sarı-göylər"in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.