"Kəpəz"i komandasını növbəti tur meydana koordinator Vasif Vəliyevin çıxarmaq ehtimalı var. Sport24.az bu barədə məlumat əldə edib.
Lakin Xaliq Mərdanovun da "Turan Tovuz"la matçda "Kəpəz"i oyuna çıxaracağı istisna olunmur.
Qeyd edək ki, "Kəpəz" baş məşqçi Adil Şükürovu istefaya göndərib. Gəncə təmsilçisi keçirdiyi beş matçın hamısında uduzub.