Misli Premyer Liqasının XX turunun növbəti görüşündə "Səbail" doğma meydanda "Kəpəz"i qəbul edəcək. Sport24.az cütlüyün sarı vərəqə limitində olan futbolçuları ilə bağlı məlumatları təqdim edir.

Meydan sahibinin 4 futbolçusu sarı vərəqə limitindədir. Müdafiəçi Turan Manafov II, V və X turlarda sarı vərəqə ilə cəzalanıb. Əcnəbi yarımmüdafiəçilər Maksim Çex və Emil Martinov müvafiq olaraq, VIII, XV, XVI və XIV, XVII və XVIII turlarda "sarı" alıblar. Kapitan olan hücumçu Ağabala Ramazanov isə III, V və X turlarda cəzalanıb. Adıçəkilən futbolçular "Kəpəz"lə oyunda cəzalanacaqları təqdirdə, XXI turda səfərdə "Sabah"la keçiriləcək görüşdə iştirak edə bilməyəcəklər.

Gəncə təmsilçisinin heyətində isə 2 futbolçu limitə yaxınlaşıb. Tərlan Əhmədovun rəhbərlik etdiyi komandada müdafiəçilər Tural Axundov (IX, XIII, XVIII) və Zamiq Əliyevin (I, VII, XV) passivində 3 sarı vərəqə var. Adıçəkilən oyunçular "Səbail" səfərində də hakimin cəzasına məruz qalarsa, XXI turda "Qarabağ"la ev oyununda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, "Səbail" - "Kəpəz" görüşü bu gün saat 18:30-da başlayacaq.