"Həmin gecə yata bilməmişdim. O epizodlardan yararlana bilmədiyim üçün çox pis olmuşdum. Ertəsi gün də məşqə yuxusuz getmişdim. Bir neçə gün yatmaqda çətinlik çəkirdim. Gözümü yuman kimi həmin epizodları görürdüm. Ancaq bu futboldur və irəliyə baxmalıyıq". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi TV"də yayımlanan "Piramida" verilişində qonaq olan komandanın israilli futbolçusu Kenni Sayef Konfrans Liqasında komandanın çıxışı barədə danışarkən deyib.

İkinci təsnifat mərhələsində "Rapid"lə keçirilən uğursuz oyundan sonra Sayef hansı çətinliklərlə üzləşdiyini etiraf edib: "Bu sənin özünlə oynadığın oyundur. Belə vəziyyətdə heç kim sənə kömək edə bilmir. Səninlə danışanın kim olduğu və nələr dediyi fərq etmir. Yalnız özün buynun öhdəsindən gələ bilərsən. Bu həyatmızın bir hissəsidir. Oyundan-oyuna, məşqdən-məşqə tədricən unudursan. Amma tam unuda bilməmişəm.