"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda sabah "Kayrat"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin müdafiəçisi Denis Polyakov jurnalistlərin suallarını cavablandırıb.

Onun fikrincə, Bakıda ağır oyun olacaq: "Qarabağ" təcrübəli komandadı. Sabahkı matçdan sonra evə müsbət nəticə ilə qayıtmaq istəyirik".

Bəs, görəsən, rəqib "Qarabağ"da hansı oyunçudan çəkinir?: "Komanda kimi oynayırıq. "Qarabağ" da komanda şəklində oynayan komandadı. Güclü hücum xətti var. Sabah hər şeyi meydanda göstərəcəyik".