"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğrayıb. Sport24.az Sports.ru-ya xəbər verir ki, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib.

Belə ki, "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub.

OLayın təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.

Qeyd edək ki, ötən axşam "Kayrat" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olaraq 1:2 hesabıyla uduzub.