“Kayrat”ın forvardı Vaqner Lav Konfrans Liqasının III turunda “Qarabağ”a qarşı oynaya bilməyəcək. Sport24.az xəbər verir ki, 37 yaşlı hücumçu ayağındakı zədəyə görə oyunu buraxmalı olacaq.

Braziliyalı legioner topuğunda zədə olduğuna görə “Aktobe” ilə matçda da meydana çıxa bilməmişdi.

Xatırladaq ki, “Qarabağ” - “Kayrat” matçı oktyabrın 21-də Tofiq Bəhramov stadionunda saat 20:45-də start götürəcək.