Növbəti mövsümdən Misli Premyer Liqasında mübarizə aparacağı dəqiqləşən "Karvan" I Liqanın 24-cü turu çərçivəsində baş tutacaq "Qəbələ" ilə matçdan sonra ev oyunlarını Yevlaxdan kənarda keçirəcək. Sport24.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata əsasən klub rəhbərliyi arenanın ot örtüyünün dəyişdirilməsinə başlamaq istəyir.
Yevlax təmsilçisinin rəsmiləri yeni mövsümün startına, ən pis halda sentyabrın əvvəlinədək bütün işləri yekunlaşdırmaq niyyətindədir.
Təbii örtüyü saxlanması üçün böyük vəsait tələb olunduğundan, "ağ-qaralar"ın rəhbərliyi Yevlax şəhər stadionuna süni qazon salmağa qərar verib.