Rusiya ilə Peru milliləri arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək. Sport24.az "Legalbet"ə istinadən xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək oyunun baş hakimi Kamal Umudlu olacaq.

 

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

 

Qeyd edək ki, Rusiya – Peru matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.