"Təbii ki, komanda Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanandan sonra özümü xoşbəxt hiss etdim". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges Macarıstanın "M4 Sport" nəşrinə açıqlamasında deyib.

29 yaşlı braziliyalı vinger sabiq komandası "Ferentsvaroş" haqqında fikirlərini bölüşüb:

"Düşünürəm ki, hörmət hər şeydən önəmli olmalıdır. Amma orada belə deyildi. Klub ayrılanda məndə pis hisslər buraxdı. Bunu futbolçulara görə demirəm. Orada hamısı ilə yaxşı anlaşırdım. Əgər bir oyunçu həmin yerdə qiymət görmürsə, özünü sübut etməli olduğunu hiss eidr. Amma sonradan anladım ki, bunu etməli deyiləm. Başqa yerdə mənə dəyər veriləcəyini başa düşdüm".

O, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaları barədə də danışıb: "Final fitindən sonra böyük bayram oldu. Ailəm, azarkeşlər, klub işçiləri və biz futbolçular Çempionlar Liqasında ən yaxşılar sırasında olacağımızı gözləyirdik. Burada dünyanın ən yaxşı klubları mübarizə aparacaq. Özümüzü göstərməli və yaxşı oynamağa çalışmalıyıq".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u iki oyunun nəticəsinə əsasən üstələyib - 3:1. 2:3.