"Zirə" lider futbolçularından birini itirib. Sport24.az "Sportal.az" saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi yayda heyətinə qatdığı Junior Martinşin xidmətindən minimum iki ay yararlana bilməyəcək.

 

Braziliyalı yarımmüdafiəçi Premyer Liqanın 4-cü turunun "Şamaxı" ilə görüşdə zədələnərək 30-cu dəqiqədə yerini Davit Volkova buraxmışdı.

 

"Şamaxı" ilə görüşdə rəqib müdafiəçinin zərbəsindən sonra ayağından zədələnən futbolçu iki ay müalicə olunacaq.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu 2027-ci il iyunun 15-nə qədər "Zirə"yə məxsusdur.