Almaniyada təşkil olunan AVRO-2024-də bu gün yarımfinalın ilk oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.

 

Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

 

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

 

Qeyd edək ki, yarımfinalın digər oyunu sabah baş tutacaq. Niderland İngiltərə ilə üz-üzə gələcək.

AVRO-2024

Yarımfinal

9 iyul

23:00. İspaniya - Fransa 2:1 

Qol: Yamal, 21. Kunde, 25 (ö.q.) - Kolo Muani, 8

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, "Alyans Arena".