"Mingəçevir"lə oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz lazımi tapşırıqları vermişdi. Təəssüf ki, buraxdığımız iki qol bizi çətin duruma saldı. Bundan sonra toparlana bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında "Baku Sportinq"in kapitanı İsa Zeynallı deyib.
Təcrübəli müdafiəçi 23-cü turda məğlub olduqları "Mingəçevir"lə oyun barədə fikirlərini bölüşüb:
"İkinci yarıda səhvlərimizdən qollar buraxdıq. Ardıcıl 6 tur qalib gələ bilməməyimiz şanssızlıqla bağlıdır. Hədəfimiz çempionatı 4-cü yerdə bitirmək idi. Yenə də şansımız var. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmirik. Rəqiblər isə əksinə, demək olar hər imkandan yararlanırlar. Növbəti turda "Cəbrayıl" ilə matç var. "Qara zolaq"dan çıxıb qələbə qazanmaq istəyirik. 4-cü yer uğrunda mübarizəni davam etdirmək niyyətindəyik".
Qeyd edək ki, "Baku Sportinq" Birinci Liqada 23 turdan sonra 26 xalla 6-cı pillədədir.