I Liqada mübarizə aparan "İrəvan" fəaliyyətini dayandıracaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi mövsümboyu klubda yaşanan xoşagəlməz olaylardan sonra belə qərara gəlib.

 

2023/24 "futbol ili"ndə I Liqada debüt edən Qərbi Azərbaycan təmsilçisinin adının daim qalmaqallarda hallanması, düşərgədə neqativ halların yaşanması, futbolçuların və məşqçilərin daim rəhbərlikdən şikayət etməsi assosiasiya rəhbərliyini təngə gətirib. Klub rəhbərliyinin mənimsəməyə yol verməsi də bu qərarın qəbul olunmasına rəvac verib.

 

Qeyd edək ki, "İrəvan"ın prezidenti Zahid Niyazəliyev bir müddət əvvəl mənimsəməyə görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.