"İnter"in baş məşqçisi Simone İnzaqi klubu ilə müqaviləsinin müddətini uzadacaq. Sport24.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi 49 yaşlı mütəxəssisə 2027-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyi planlaşdırır.
İtaliyan mütəxəssis 2021-ci ilin yayından "İnter"in "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında A Seriyasının çempionu olmaqla yanaşı, ölkə kubokunu və superkubokunu da qazanıb.
Qeyd edək ki, Milan təmsilçisi 29 turdan sonra 64 xal toplayıb və ən yaxın izləyicisini 3 xal qabaqlayaraq, turnir cədvəlinə başçılıq edir.