"İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq". Sport24.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.

 

O, Gəncə şəhər stadionu və "İmarət" stadionunda görülən işlərlə bağlı danışıb.

 

R. Nəcəf daha sonra AFFA-nın İnkişaf Strategiyası haqqında fikirlərini bölüşüb:

 

"İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq. Azərbaycan yalnız qələbələrə layiqdir. Misli Premyer Liqasında komanda sayının artırılması da önəmli addımdır. Beləliklə, futbolun kütləviliyi artacaq".