Misli Premyer Liqasında III dövrənin ilk turunu 8 futbolçu cəza üzüdən buraxacaq. Sport24.az xəbər verir ki, bunları yarısı "Kəpəz"lə bağlıdı.
Belə ki, Gəncə klubunda mərkəz müdfafiəçiləri - Elçi Əlicanov, belaruslu Yeqor Xvalko, mərkəz yarımmüdafiəçisi Georgi Kantariya ilə cinah hücumçusu Mete Kvikviyadı. Onlar vərəqə limitini aşıblar. Kantariyada bu, 8-ci, digərlərində 4-cu sarı vərəqədi.
"Zirə"də 1 futbolçuda belə problem var. Belə ki, Coşqu Diniyevdə qırmızı vərəqədən sonra hələ 2 oyunluq cəza qalıb. Əslində, cari mövsümün ilk yarısında qaratllar"da çıxış etmiş Nemanya Adelkoviç də cəzalıdı. Sadəcə. 4-cü "sarı"nın əziyyətini çəkən bu serbiyalı mərkəz müdafiəçisi artıq "Ziirə"dən rəsmən ayrılayaq hazırda klubsuzdu.
"Zirə"yə rəqib olan "Sumqayıt"da da ciddi itki var. Belə ki. vitse-kapitan olan mərkəz yarımmüdafiəçisi Vüqar Mustafayev 4-cü sarı vərəqə üzündən qarşıdakı görüşü buraxmalı olacaq.
"Sabah" "Neftçi"ylə turun mərkəzi matçında yarımmüdafiəçisi Ceyhun Nuriyevi oynada bilməyəcək. Gəncədə qırmızı vərəqə alan bu cinah yarımmüdafiəçisi cəzası Masazırdakı matçda başa çatır.