I Liqanın  VII turu çərçivəsində baş tutacaq oyunlara hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, oyunlar 3 günü əhatə edəcək.

 

6 noyabr (çərşənbə)

14:00. "Qaradağ Lökbatan"  "Difai"

Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Vüqar Bayramov, Kamil Aydınov

Lökbatan OİK stadionu

 

7 noyabr (cümə axşamı)

14:30. "Karvan"  "Cəbrayıl"

Hakimlər: Əli Əliyev, Rəhman Aslanov, Elmin Süleymanov, Nazim Abdullayev

Yevlax şəhər stadionu

16:00. "Qəbələ"  MOİK

Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Emin Abdullayev

Qəbələ şəhər stadionu

 

8 noyabr (cümə)

14:00. "Mingəçevir"  "Baku Sportinq"

Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Zakir Şükürzadə, Şamil İmanzadə

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. "Zaqatala"  "İmişli"

Hakimlər: Səbuhi Bayramov, Rəhman İmami, Aydın Bəxşiyev, Vüqar Həsənli

Zaqatala OİK stadionu