I Liqada 17-ci turun hakim təyinatları müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki. oyunlar iki günü əhatə edəcək.

 

   

 

6 mart (cümə axşamı)

"Difai" – "Baku Sporting" 
Hakimlər: 
Murad Səlimov, Sevda Nuriyeva, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov
Şamaxı OİK stadionu, 14:00

MOİK – "Qaradağ Lökbatan" 
Hakimlə
r: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov
Binə qəsəbə stadionu, 14:00

 

7 mart (cümə)

"Cəbrayıl" – "Qəbələ" 
Hakimlər:
 Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə
"ASCO Arena", 13:00

"İmişli" – "Mingəçevir" 
Hakimlər:
 İslam Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Səbuhi Bayramov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00

"Karvan" – "Zaqatala"
Hakimlər
: Vüqar Həsənli, Şirmamed Mamedov, Kərim Zeynalov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu, 14:00