"Qəbələ" klubu heyətini konqolu futbolçu ilə gücləndirib. Sport24.az  xəbər verir ki, Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

 

21 yaşlı futbolçu bunadək vətənində "Otoho d'Oyo" və "Diables Noirs" klublarında top qovub. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb.

 

2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 dəfə millisinin uğurları üçün meydana çıxıb