"Təbii ki, liqadan düşməyimiz bizdə ruh düşkünlüyü yaradır. Nə qədər çalışsaq belə psixoloji olaraq yaxşı durumda deyilik". Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in qapıçısı Hüseynəli Quliyev deyib.

O, "Səbail"də qalıb-qalmayacağına rəhbərlik görüşdən sonra aydınlıq gələcəyini də bildirib: 

"Komandada gərginlik olduğu ilk baxışdan da görünür. "Neftçi" mövsümü daha üst pillədə başa vurmaq istəyir. Məhz bu səbəbdən ilk dəqiqələrdən irəli atıldılar. Yekun nəticədə sevinən tərəf də onlar oldu. Elitanı niyə tərk etdik? Səbəblər çoxdur. Yəni, konkret nəyisə demək olmaz. Uğurlar necə bir yerdə qazanılırsa, uğursuzluq da bir yerdə olur. Premyer Liqanı tərk etmişiksə, deməli, hər birimizin səhvi var. Mövsüm bitdikdən sonra rəhbərliklə görüşümüz olacaq. "Səbail"də qalıb-qalmayacağım bu görüşdə bilinəcək. Hələki çempionatda sonuncu oyunumuz var və ona köklənməliyik".

Qeyd edək ki, "Səbail"in artıq Misli Premyer Liqasını tərk edəcəyi dəqiqləşib.