“Aylenders” Bo Horvatla müqavilə imzalaya bilər. Sport24.az xəbər verir ki, klub “Vankuver”ə onun əvəzinə hücumçular – Entoni Bobillə Aatu Ryatyunu və bir MHL draftı seçimi də verib. 27 yaşlı forvardın mövsümün sonuna kimi 5,5 milyon dollarlıq müqaviləsi var. Yayda isə oyunçu sərbəst qalacaq. 

“Aylenders”in idman direktoru Lu Lamorello məsələ ilə bağlı açıqlama verib:  “Onunla mümkün qədər müqavilə imzalamaq bizim üçün önəmlidir. Bu məsələ ilə bağlı çalışırıq və əlimizdən gələni edirik”.