“Azərbaycanla matça ciddi yanaşırdıq. Bunu meydanda da gördünüz. İki məhsuldar ötürmə versəm də, təəssüf ki, qol vura bilmədim. Azarkeşlər adımı uca səslə çəkirdilər. Mənim üçün ən vacibi komandama qələbə qazanmaqda kömək etmək idi". Sport24.az xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Ceremi Doku Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

"Mançester Siti"nin 21 yaşlı vingeri görüşdə poker müəllifi olan Romelu Lukakunu fərqləndirib: “Bir-birimizi çox yaxşı tanıyırıq. Hər ikimiz əslən Antpervendəyik. Eyni ünsiyyət tərzimiz, ümumi dostlarımız var. Romelu mənə böyük qardaş kimidi. Bu matçda çox effektli idi. Ümid edirəm ki, Avropa çempionatlnda ən təhlükəli hücum duetlərindən biri olacağıq". 

Belçika yığmasının italiyalı baş məşqçisi Domeniko Tedesko matçdan sonra paltardəyişmə otağına yollanmazdan əvvəl komandanı bir araya gətirərək zarafatıyla bütün diqqəti Dokuya yönəldib: "O, nə dedi? Aramızda olan bir şeydi, məni təbrik etdi. Onun sevimlisiyəm? Bunu özündən soruşmalı olacaqsınız (gülür)".

Ceremi meydanı qəzəbli tərk etməsinə də aydınlıq gətirib: "Fikrimcə, hakimin xoşuna gəlmədim. O, çox fit çalırdı. Düşünürəm ki, hesabın 4:0 qalmasıyla Azərbaycana kömək etmək istəyirdi".

Xatırladaq ki, fasiləyə hesabda 4:0 irəlidə yollanan Belçika 5-ci qolu yalnız 90-cı dəqiqədə vura bilib.