"Şerif"ə məğlubiyyətdən sonra toparlanmalıydıq. Bunun üçün bizə qələbə lazım idi. Ona görə də bütün diqqətimizi Slovakiya təmsilçisiylə oyuna cəmləmişdik". Bu sözləri Sport24.az-a açıqlamasında Hacıağa Hacılı deyib.

Qəsəbə təmsilçisinin futbolçusu "Dunayska Ştreda"ya qarşı oyun və böyük hesablı qələbəsindən də danışıb: "Rəqibi yaxşı analiz etmişdik. Məqsədimiz onları maksimum topsuz qoyub, qapılarına yol tapmaq idi. Şükürlər olsun layiqli qələbə qazandıq. Amma 4 top fərqiylə qələbəni artıq kənara qoymalıyıq. Unutmayaq ki, avrokubok oyunları iki mərhələdən ibarətdi. "Şerif"lə səfər matçında da qələbə qazansaq da, cavab qarşılaşmasında məğlub olub mərhələdən kənarda qaldıq. Odur ki, belə nəticənin təkrarlanmasına imkan verməməliyik. Slovakiya bizi ağır oyun gözləyir. Ona görə məsuliyyətimizi hamılıqla anlayıb, səfərdə maksimum gücümüzlə oynayıb adımıza layiq nəticəylə vətənə dönməliyik".

 

Qeyd edək ki, "Dunayska Ştreda" - "Zirə" matçı avqustun 1-də keçiriləcək. İlk görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ABDULLA İSMAYILOĞLU