AFFA-nın təşkilatçılığı və "CBC Sport"un dəstəyi ilə həvəskar komandalar arasında yeni-mini futbol turniri keçiriləcək. Sport24.az xəbər verir ki, “Goallisimo” mini-futbol yarışında 16 komanda mübarizə aparacaq.

Artıq turnirin püşkatma mərasimi keçirilib. Hərəsində 4 komanda olmaqla 4 qrupda mübarizə olacaq. Qrup liderləri 1/4, 2-3-cü yerləri tutanlar 1/8 finalda görüşəcəklər.