Yenidən qurulan Gəncə şəhər stadionunun təhvil veriləcəyi vaxt müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Arena ən geci sentyabrın əvvəlində təhvil veriləcək.
Misli Premyer Liqasında isə mövsüm avqustun ilk həftəsində başlayacaq. Bu isə o deməkdir ki, "Kəpəz" klubu 2025/2026 mövsümündə bir neçə ev oyununu başqa stadionda keçirəcək.
Qeyd edək ki, "Kəpəz"in 2024/2025 mövsümündə ev oyunları Tovuz şəhər stadionunda təşkil olunub.