Adil Şükürovla ortaq məxrəcə gələn, ancaq hələ müqaviləni rəsmiləşdirməyən "Kəpəz" transfer çalışmalarını da davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu artıq 2 futbolçu ilə anlaşıb.

 

Redaksiyamıza daxil olan bilgiyə əsasən, "sarı-göylər" "Sabah"dan Şakir Seyidov və "Zirə"dən Hacıağa Hacılı ilə danışıqları yekunlaşdırıb. Hər iki futbolçu 2025/26 mövsümündə "Kəpəz"in formasını geyinəcək.

 

Qeyd edək ki, Seyidov başa çatan "futbol ili"ndə "bayquşlar"ın əvəzedici komandasında çıxış edib. Hacılı isə "qartallar"ın heyətində ümumilikdə 22 qarşılaşmada meydana çıxıb.