"Ümumilikdə qarşımıza hansısa yer tutmaq məqsədi qoyulmayıb. Məqsədimiz yoxdu ki, məhz 3-cü, 2-ci, yaxud 4-cü pillədə olaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Turan Tovuz-2"nin baş məşqçisi Nizami Ocaqverdiyev deyib.

"Turan Tovuz"un ikinci komandası I Divizionda cari mövsümdə yaxşı çıxış edərək, 4-cü yerdə gedir. Ocaqverdiyev nəticəyə önəm verə bilməyərək, qarşılarında duran məqsəddən danışıb: "Ümumi məqsədimiz akademiyadan olan gənc futbolçuları püxtələşdirmək, ustalıq səviyyələrii artırmaq, irəli aparmaq, onlara düzgün istiqamət verməkdi. "Turan Tovuz"un üzvü olaraq hamımızın məqsədi gənc futbolçuları üzə çıxarmaq. onları Azərbaycanın müxtəlif yaş qruplarından ibarət millilərinə bəxş eləmək və təbii ki, gələcəkdə əsas komandamıza oyunçu yetişdirməkdi. Millidə inşallah, təcrübə toplayarlar. Yəqin, gələcəkdə "Turan Tovuz"un əsasını elə akademiyamızın uşaqları təşkil edər".

 

 

MEHMAN SÜLEYMANOV