“Neftçi” və “Qəbələ” kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 5-ci cütdür.

Sport24.az xəbər verir ki, bunadək 4 duel sonradan təkrarlanıb.

Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib.

Digər üç cütdə isə eyni komanda hər iki oyunda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz”  “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2) mövsümlərində üstələyib.

“Neftçi” ilə “Qəbələ”nin ilk finalı 2013/14 mövsümündə baş tutub. 1:1 hesabı ilə bitən duelin taleyini penaltilər həll edib. Bakılılar daha dəqiq olub və kuboku başı üzərinə qaldırıb.