AzərbaycanKuboku uğrunda "Qarabağ" - "Zirə" matçından öncə anlamlı jest edilib. Sport24.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionundakı matçda meydana şəhid ailələrinin övladları ilə çıxıblar.

Dövlət himninin səsləndirilməsindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azyaşlı uşaqlara hədiyyələr təqdim edib.