FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahıyla müqayisədə 2 pillə geriləyib.

Millimiz hazırda 1146,87 xalla 119-cu pillədə qərarlaşıb.

Azərbaycan millisi oktyabrda DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa, Serbiyaya və İrlandiyaya uduzub.

Reytinq siyahısına 1832,33 xalla Belçika yığması başçılıq edir.