Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev "Polesye"dən "Çernomorets"ə keçidi haqda danışıb. Sport24.az xəbər verir ki, futbolçu başqa klubların da maraq dairəsində olub. Ancaq Odessa təmsilçisinin təklifini daha məqbul sayıb:
"Digər klublardan da təkliflər var idi, lakin bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdikdən sonra "Çernomorets"i seçmək qərarına gəldik. Bu komandaya kömək etməyə çalışacağam. "Çernomorets"in mənimlə maraqlandığını bilirdim. Bu anda hər şey mənə uyğun gəlir".
Milli üzvü Azərbaycana dönə biləcəyini də istisna etməyib:
"Atamla məsləhətləşdim və Ukraynada qalmağa qərar verdik. Amma bu o demək deyil ki, mən Azərbaycandan olan variantları ümumiyyətlə, nəzərdən keçirmirəm. Hazırda "Çernomorets"dəyəm və bu komandaya fayda verməyə çalışacağam. Gələcəkdə nə olacaq, bunu zaman göstərəcək".
Qeyd edək ki, 23 yaşlı futbolçu Azərbaycan millisinin heyətində 5 oyun keçirib.