FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Moldovada işgüzar səfərdə olub.

Sport24.az xəbər verir ki, Məmmədov səfər zamanı Moldova Futbol Federasiyasının icraçı direktoru Adrian İksarla görüşüb.

Məmmədov paytaxtın “La İzvor” parkında çimərlik futbolu arenasını gəzib. O, Adrian İksarla stadionda keçirilən çimərlik futbolu və digər idman növlərinin inkişafında infrastrukturun əhəmiyyətini müzakirə edib.