“Avropa çempionatı başa çatdı, artıq klublarımız avrokuboklarda mübarizəyə başlayıb”. Sport24.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

“Qarabağ"ın İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyən Məmmədov könüllülərin işini yüksək qiymətləndirib: "Azarkeşlər stadionda komandalarla birgə futbol həyəcanı yaşayır, dəstəklərini nümayiş etdirirlər. Sevindirici haldır ki, AÇ-2020-də olduğu kimi, könüllülərimiz yenə bizimlədir. Təşəkkürlər"!