Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş keçirilib. Sport24.az xəbər verir ki, görüş zamanı AÇ-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Sonra Ceyms Şarp Bakı Olimpiya Stadionunda AÇ-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib.