Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gələcək.

 

Bakı vaxtı ilə saat 17:30-da başlayacaq qarşılaşma Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda baş tutacaq.

 

Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.