"Çox xoşbəxtəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Cinah müdafiəçisi Macarıstanın "Ferentsvaroş" komandasına uduzduqları (2:3) Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:

"Azərbaycan xalqını, "Qarabağ" və futbolsevərləri təbrik edirəm. Bu tarix ikinci dəfə təkrarlandı. Bu komandanın bir üzvü olduğum üçün xoşbəxtəm. Yeni bir tarix yazıldı. Azərbaycan futbolu üçün böyük hadisədir. Çempionlar Liqasında oynamaq arzum idi. Uşaqlıqdan həmin oyunlara baxa-baxa böyümüşük".

Qeyd edək ki, səfərdə rəqibini 3:1 hesabı ilə üstələyən "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə yüksəlib.