"Çətin səfər oyunu olacağını bilirdik. Süni ot örtüyündə oynamağa öyrəşməmişik. Amma komanda məni razı saldı. İstədiklərimizi meydanda edə bildik. Futbolçuların oyunundan məmnunam. Düşünürəm ki, daha yaxşı ola bilərik. İnanıram ki, yaxşı səviyyəyə qalxacağıq". Sport24.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın VIII turunda səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis Ülvi İsgəndərlinin oyunundan razı qaldığını söyləyib: "Onun yanaşmasından razıyıq. Bu gün meydanda ən yaxşısını etməyə çalışır".