Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Sabah”a 0:1 məğlub olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.


- Rəqib son pillədə olsa da, keyfiyyətli futbolçulara sahibdir. Koma Ramiz bu gün verilən tapşırığını yerinə yetirməyə çalışırdı. Uduzmuşuq, amma futbolçulardan razıyam.


- Əsas problem - qol vurmağı bəcarmırsinız. Nə çatışmır?
- İmkanım olsa, özüm gedib vuraram. Keyfiyyət yerindədi, sadəcə, şanssızlıq.


- Bəlkə oyun düz qurulmayıb?
- Məsul şəxs mənəm. Qol epizodları yaradırıq, sadəcə, fərqlənə bilmirik.