FİFA referimiz  Əliyar Ağayev UEFA  Avropa Liqasının Liqa mərhələsində daha bir oyunu idarə edib. Sport24.az xəbər verir ki, o, V tur çərçivəsində keçirilən "Ferensvaroş" (Macarıstan) – "Malmö" (İsveç) oyununun baş hakimi olub.

 

Macarıstan klubunun 4:1 hesabı ilə qalib gəldiyi oyunda ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.

 

Ağayev bu görüşdə meydan sahiblərindən bir, qonaqlardan isə iki futbolçuya sarı vərəqə göstərib. O, "Malmö"nün qapısına penalti də təyin edib. "Ferentsvaroş" penaltini dəqiq yerinə yetirib.

 

Qeyd edək ki, "Ferentsvaroş" hazırda 9 xalla 11-ci, "Malmö" isə 7 xalla 30-cü pillədə qərarlaşıb.