FİFA referimiz Əliyar Ağayev UEFA Konfrans Liqasının ilk pley-off matçına təyinat alıb. Sport24.az xəbər verir ki, 37 yaşlı referi "Polissya" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçının baş hakimi olacaq.

 

 Ona Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu (dördüncü hakim) kömək edəcəklər. Qarşılaşamanın VAR hakimi Robert Şröder (Almaniya), AVAR hakimi isə İnqilab Məmmədov (Azərbaycan) olacaq. 

 

Qeyd edək ki, oyun avqustun 21-i Slovakiyanın Preşov şəhərindəki "Tatran" stadionunda keçiriləcək.