FIFA referimiz Əliyar Ağayev UEFA-dan təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Çexiyada baş tutacaq "Slaviya" - "Arsenal" oyununu idarə edəcək.
Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Slaviya" - "Arsenal" matçı noyabrın 4-də baş tutacaq.