"Biz çox şadıq. Qarşıda komandamızı çox maraqlı oyun gözləyir. Cümə günü keçirdiyimiz yoxlama matçından sonra biz tam olaraq "Qarabağ"la oyuna köklənmişik". Sport24.az xəbər verir ki, bu sözləri İsveç "Elfsborq"unun futbolçusu Ahmed Kasem bildirib. O, klubun saytına açıqlamasında bu gün Azərbaycan çempionuna qarşı keçiriləcək Avropa Liqasının 6-cı turunun oyunu barədə fikirlərini açıqlayıb.
İsveç millisinin 21 yaşlı yarımüdafiəçisi pley-offa vəsiqə qazanmaq üçün meydana çıxacaqlarını bildirib: "Fikrimcə, komanda yoldaşlarım da mənim razılaşar ki, bu bizim üçün ilin ən vacib oyunu olacaq. Bizə xal, daha yaxşısı isə qələbə lazımdır. Yalnız bu barədə düşünürük. Əgər pley-offda oynamaq istəyiriksə, qələbəyə can atmalı və 2024-cü ili klubumuz, azarkeşlərimiz və özümüz üçün yaxşı sonluqla yekunlaşdırmalıyıq".
Kasem komandasının qələbə üçün nə etməli olduğunu da vurğulayıb: "Oyunumuzdakı intensivliyi yüksək saxlamalıyıq. Düşünürəm ki, meydanda çətin mübarizə olacaq, hər iki komanda qol vurmalıdır. Ancaq qalib gəlmək üçün hücumlardan lazımi istifadə etsək, yaxşı şansımız olacaq".
Milli üzvü "Qarabağ"ı da dəyərləndirib: " barədə danışarkən bildirib: "Qarabağ"ın 3 xalı var. Onlara da xal lazımdır. "Qarabağ"ın Avropa təcrübəsi böyükdür. Son 11 ildə Avropa kuboklarının qrup mərhələlərində oynayır. Bu, hücumda çoxlu yaxşı futbolçusu olan təcrübəli komandadır. Amma bizim üçün uyğun da ola bilərlər. Onlar Burosda soyuq hava ilə qarşılaşacaqlar. Biz buna öyrəşmişik. Amma rəqibimiz üçün belə hava xoş olmaya bilər. Ümid edirəm, dördüncü günü hava daha da soyuq olacaq".
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.