Premyer Liqamızda XXIII turun şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçını Rüstəm Əfsərli şərh edəcək. Bu, saat 18:00-da "ASCO Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" görüşüdü. Bu gün saat 20:15-də "Kapital Bank Arena"da başlayacaq "Sumqayıt" - "Qəbələ" qarşılaşmasında Nuran Valehoğlu şərhçilik edəcək. 

Sabah "Keşlə" - "Sabah" oyununu Ramiz Mirzəzadənin şərhində izləyəcəyik. "ASK Arena"dakı oyun saat 18:00-da start götürəcək. Saat 20:15-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Zirə" matçında Elnur Məmmədli şərhçi olacaq.