"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsində "Rapid"lə bugünkü səfər matçı "CBC Sport"la canlı yayınlamacaq. Sport24.az xəbər verir ki, oyun yerindən şərh olunacaq.

Bu məqsədlə adıçəkilən telekanalın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli Vyanaya ezam olunub. O, Bakı vaxtilə saat 22:30-da başlayacaq matçı keçiriləcəyi “Allianz” stadionundan şərh edəcək.

Xatırladaq ki, "Neftçi"nin "Rapid"i "Bakcell Arena"da 2:1 hesabıyla məğlub etdiyi ilk görüşü də Əfsərli şərh etmişdi.