"Liverpul"a məğlub olsa belə, "Qarabağ" pley-offa çıxmağı bacarıb. Komandamızın səfərdə "Liverpul"dan xal ala biləcəyini düşünürüksə, bunu özü artıq böyük uğurdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib.
Veteran futbolçu UEFA Çempionlar Liqasında bu gün baş tutacaq "Liverpul" - "Qarabağ" matçı haqqında da fikirlərini bölüşüb:
"Rəqibin səviyyəsi tam başqadır, Son İngiltərə çempionu, Çempionlar Liqasının qalibi də olub. Stadion, keyifyyət, büdcə baxımından bizdən dəfələrlə üstündür. "Qarabağ" isə Avropada ortabablardan hesab olunur. Az büdcə ilə böyük nailiyyətlər əldə edib. Səfərdən xalla qayıtmaq real görünməsə də, hər şey ola bilər. Mövsümün əvvəlində kim deyə bilərdi ki, "Qarabağ" qrupda bu qədər xal yığacaq? Artıq hər bir rəqib Ağdam klubundan".
Qeyd edək ki, bu gün baş tutacaq "Liverpul" - "Qarabağ" oyunu saat 00:00-da start götürəcək